Beynəlxalq koalisiyanın Suriyanı bombaladı: 17 dinc sakin həlak olub


ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.

Xəbərdə bildirilir ki, zərbə Hajin vilayətinə endirilib. Nəticədə 17 dinc sakin həlak olub.

Məlumata görə, zərbə zamanı daha 2 nəfər yaralanıb.

Bir neçə gün əvvəl də beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətinin Hacin şəhərinə hava zərbələri endirib. Nəticədə beş nəfər ölüb və daha bir neçə nəfər yaralanıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top