“Sarı jiletlilər” aksiyası dünyaya yayılır - İndi də Kanada ayağa qalxdı


17 noyabrda Fransada başlayan və daha sonra Belçika, Hollandiya, İngiltərə, Yunanıstan, İsraildə davam “Sarı jiletlilər”in aksiyası indi də Kanada da başlayıb.

Etirazçılar Edmonton, Toronto, Vinnipeq, Okanaqan, Monkton, Kalqari, Saskaton və Halifaks şəhərlərində hökumət əleyhinə ayağa qalxıblar.

Aksiyaçılar baş nazir Castin Trüdo rəhbərliyindəki hökumət haqqında sərt ifadələr işlədib, miqrantlarla bağlı qanuna etiraz ediblər. Onlar hökumətin miqrantların mənafeyini yerli xalqdan daha çox qoruduğunu iddia ediblər.

Aksiyalara polis müdaxilə etməyib və insidentsiz başa çatıb.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top