1-ci qan qrupu olanlar bu xəstəliklərə daha az tutulurlar


Elmi araşdırmalara görə qan qrupu 0 (I) olanlar daha az xəstəliklərə tutulurlar.

Qan laxtalanmasının aşağı olmasına görə qan qrupu 0 (I) olanlar ürək xəstəliklərinə digər qan qrupları olanlarla müqayisədə daha az hallarda tutulur. Qan qrupu 0 olanlarda infarkt, insult, damarların trombozu, tromboemboliya kimi pozulmaların riski daha azdır.


Nəticələri Avropa Kardiologiya inustutu tərəfindən açıqlanan bu təcrübə 1,3 milyon insan üzərində aparılıb. Məlum olub ki, qan qrupu A (II), B (III)  və AB (IV)  olan insanlarda qanın laxtalanmasının yüksək səviyyədə olması ürək xəstəliyi riskini şiddətləndirir.

Mütəxəssislər bildirirlər ki, bu say çox az olsa da bunu nəzərə almaq lazımdır.(islaminsesi.info)

DİGƏR XƏBƏRLƏR

Top