Avtobusda narkotik aşkarlandı


Bakı-İstanbul marşurutu üzrə işləyən avtobusdan narkotik maddə aşkarlanıb.

Avtobus "Lüx İstanbul" şirkətinə məxsus olub.

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adı çəkilən şirkətə məxsus Bakı-istanbul marşrutu üzrə işləyən "Mersedes-Benz" markalı 34-BVF-144 dövlət nömrə nişanlı sərnişin avtobusunun yük yerində, "Selcano" markalı velosipedin təkərləri içərisində 900qr çəkidə sintetik kannobinoidləre aid"5F-AKB-48" narkotik maddə aşkarlanıb.

Hadisə yerinə baxış keçirilib və narkotik maddələrin mənbəyi və kimə göndərilməsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top