İnsanların çoxu bu ölkələrə köçmək istəyirlər - SİYAHI


Dünya ölkələrinin miqrant axınını dayandırmaq üçün atdıqları addımlara baxmayaraq, başqa ölkəyə köçmək istəyənlərin faizi artır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə mənzil-qərargahı ABŞ-da yerləşən araşdırma firmasının hazırladığı qlobal anketdə deyilir.
Araşdırmaya əsasən, dünyada 750 milyon nəfər fürsət tapdıqları halda başqa bir ölkəyə köç edəcək. “Gallup”un araşdırması 152 ölkədə 453 min nəfəri əhatə edib. Sözügedən araşdırma miqrant böhranının ən kəskin dövründə - 2015-2017-ci illərdə aparılıb.
Tədqiqatda diqqət çəkən məqamlardan biri odur ki, başqa ölkəyə köç etmək istəyənlərin getmək istədiyi ölkələrin siyahısında ABŞ başqa ölkələri xeyli qabaqlayır. Anketə əsasən, 160 milyon nəfər ABŞ-a, 47 milyon nəfər Kanadaya, 42 milyon nəfər Almaniyaya, 36 milyon nəfər Fransaya, 36 milyon nəfər Avstraliyaya, 34 milyon nəfər İngiltərəyə, 24 mlyon nəfər isə Səudiyyə Ərəbistanına getmək istəyir. Rusiya və Türkiyəyə getmək istəyənlərin sayı müvafiq olaraq 8 və 6 milyon adam təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top