bulvarda-suya-zeher-atib-baliqlari-oldurduler-video

Bulvarda suya zəhər atıb balıqları öldürdülər? - VİDEO

nazir-sabiq-millet-vekilinin-ogluna-yuksek-vezife-verdi-foto

Nazir sabiq millət vəkilinin oğluna yüksək vəzifə verdi - FOTO

putin-bakili-mugenniye-orden-verdi-foto

Putin bakılı müğənniyə orden verdi - FOTO

cümə, 24 may 2019
AZ RU EN TR

CƏMİYYƏT

İyunda texniki baxışdan keçən avtomobil sentyabrda radara düşdüb - VİDEO

06.12.2018 20:59 Oxundu 240

Texniki baxışdan keçən avtomobillə radara düşüb.

Avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı ''99-ES-562'' olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb. Avtomobil texniki baxışdan keçirilmədiyi üçün sürücüyə 50 manat cərimə yazılıb.

Tərlan Əhmədov deyir ki, halbuki o avtomobilini bu ilin iyul ayının 31-də texniki baxışdan keçirib. O bunu təsdiq edən sənədləri də təqdim edib.

Sürücü bununla bağlı aidiyyatı qurumlara müraciət etdiyini, ancaq hələ ki, heç bir nəticəsinin olmadığını deyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, ümumiyyətlə sürücülər bu kimi problemlə qarşılaşanda öncə yazılı şəkildə idarəyə müraciət etsinlər. Həmin sürücününmüraciəti araşdırılacaq və nəticəsinə uyğun olaraq lazımı tədbir görüləcək.