BANNER
BANNER
sosial-sebekede-inanilmaz-firildaq-12-min-pulunu-aldilar-video

Sosial şəbəkədə inanılmaz fırıldaq - 12 min pulunu aldılar - VİDEO

heyat-yoldasini-doyen-idmanci-kikboksda-hec-olke-cempionu-da-deyilmis

Həyat yoldaşını döyən idmançı kikboksda heç ölkə çempionu da deyilmiş

bdu-nun-huquq-fakultesinin-telebesi-itkin-dusub-foto

BDU-nun hüquq fakültəsinin tələbəsi itkin düşüb - FOTO

bazar, 24 fevral 2019
AZ RU EN TR
AZ RU EN TR

GÜNDƏM

İlham Əliyev Rusiyada işgüzar səfərdədir

06.12.2018 18:31 Oxundu 261


Dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Yeniavaz.com xəbər verir ki, dövlət başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşlayıblar.

Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gedib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.