Lukaşenko və Putin mübahisə etdilər


Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi İttifaqı sammitinin iclasında qazın qiymətinin formalaşdırılması məsələsini müzakirə ediblər.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko Belarusun qaz istehlakçıları üçün müxtəlif  şərtlərin olduğuna diqqət çəkib.
Onun sözlərinə görə, belaruslu istehlakçılar üçün qaz 1000 kubmetrə görə 130 dollar, rusiyalılar (qonşu Smolensk bölgəsində) üçün isə 70 dollar təşkil edir. Buna cavab olaraq V. Putin deyib ki, Belarus üçün qazın bazar qiyməti olsaydı, o, 1000 kubmetrə görə 130 dollar deyil, 200 dollar ətrafında olardı. Rusiya Prezidenti qazın qiymətləri barədə diskussiyaları bağlı rejimdə davam etdirməyi təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top