pasinyana-dedim-ki-niye-susmusan-putinden-qorxursan-video

“Paşinyana dedim ki, niyə susmusan, Putindən qorxursan?” VİDEO

tezyiqi-salmaga-komek-eden-en-yaxsi-8-mehsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

boyrek-xesteliklerinin-7-elameti

Böyrək xəstəliklərinin 7 əlaməti

bazar ertəsi, 17 dekabr 2018
AZ RU EN TR
AZ RU EN TR

CƏMİYYƏT

SOCAR: Gürcüstanla bağlı yayılan şayiə Azərbaycana qarşı təxribatdır

06.12.2018 14:12


Gürcüstan vətəndaşlarının banklara olan borclarının SOCAR tərəfindən ödənməsi ilə bağlı yayılan məlumatlar Azərbaycanın düşmənlərinin yaydığı şayiədir, təxribat və yalandan başqa bir şey deyil.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Məlumatda deyilir: "Uzun illərdir qonşu Gürcüstanda fəaliyyət göstərən SOCAR başqa şirkətlər kimi ödədiyi qanuni vergilərdən başqa Gürcüstan dövlətinə və vətəndaşlarına heç bir ödəmə etmir və onların qarşısında heç bir öhdəlik daşımır.

Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla ölkəmiz üçün əlavə gəlir gətirir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib. Təbii ki, SOCAR-ın əldə etdiyi bu nailiyyətlər Azərbaycan xalqının düşmənlərini heç də sevindirmir və onlar ölkə daxilində asayişi pozmaq və təxribat yaratmaq məqsədi ilə bu şayiələri yaymaqla məşğuldurlar".

Oxundu 267