Fillər üçün xəstəxana açılıb - VİDEO

 
Ölkənin şimalındakı Uttar Pradeş əyalətində açılan xəstəxana 1000 kvadratmetrlik ərazini əhatə edir. 
Yeniavaz.com euronews-a istinadən bildirir ki, xəstəxana naqilsiz, rəqəmsal X-Ray aparatı, termal görüntü, ultrasonoqrafik və sakitləşdirici cihazlarla tam təchiz edilib.
Xəstəxanada həmçinin qarantin şöbəsi də yaradılıb.
Xəstəxanada yaralanmış, xəstə və yaşlı fillər müalicə olunacaq.
Hindistan mədəniyyətində mühüm yer tutan fillər adətən ölkənin cənubunda keçirilən festivallarda əhəmiyyətli rol oynayır.
Qeyd edək ki, rəsmi statistikaya görə, Hindistanda 2012-ci ildə 29 min 391 olan fil sayısı, 2017-ci ildə 27 min 312-ə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top