6 milyon rusiyalının ölkədən çıxışına qadağa qoyulub

 
Rusiyanın Federal Məhkəmə Pristavları Xidməti (FMPX) 2018-ci ilin əvvəlindən bəri borca görə ölkədən çıxışını qadağan etdiyi vətəndaşların sayı 6 milyon nəfərədək artıb. Yeniavaz.com DW telekanalına istinadla xəbər verir ki, bunu FMPX-nin rəhbəri Dmitri Aristov deyib.
 
Onun sözlərinə görə, sərhədçilərin icrasında olan Rusiyadan çıxışa müvəqqəti məhdudiyyət haqqında qərarların sayı 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 62 faizdən çox artıb. D. Aristov bildirib ki, məhkəmə pristavları il ərzində borclulardan 485 milyard rubl alıblar.
 
Qeyd edək ki, Rusiyada borcluların ölkədən çıxışına məhdudiyyətin qoyulması 2005-ci ildən qüvvədədir. Pristavlar borcları kreditlər, vergilər, cərimələr və ya kommunal xidmətlər üzrə 30 min rublu ötən rusiyalılar üçün ölkədən çıxışa müvəqqəti məhduyyət qoya bilərlər.
 

DİGƏR XƏBƏRLƏR

Top