Ermənistan Rusiyadan silah alışı üzrə müqavilələr bağladı

 
Rusiyanın 100 milyon dollar dəyərində krediti çərçivəsində silahların Ermənistana tədarük edilməsi haqqında müqavilələr bağlanıb. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan deyib.
 
Onun sözlərinə görə, tədarük məsələləri üzrə danışıqlar hələ başa çatmayıb: “Müqavilələr bağlanıb, lakin bəzi məsələlər üzrə müzakirələr hələ davam edir”. D. Tonoyan qeyd edib ki, Ermənistanın müdafiə krediti üzrə sifarişi çərçivəsində silahların bir qismi artıq istehsal olunub.
 
Xatırladaq ki, İrəvan Rusiyadan silahların və hərbi texnikanın alınması üzrə iki dəfə kredit alıb. 200 milyon məbləğində ilk saziş çərçivəsində tədarüklər başa çatıb. Hazırda ikinci, 100 milyon dollarlıq saziş üzrə istesalat və tədarüklər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top