Ərdoğan və Tramp səudiyyəli jurnalistin ölümü barədə söhbət ediblər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü məsələsini müzakirə ediblər.

Söhbət Fransa prezidenti Emmanuel Makronun adından Orse muzeyində verilən şam yeməyi zamanı baş tutub.

Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C. Qaşıqçı Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C. Qaşıqçının Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top