"Qarabağ" ilk qələbəsini qazandı


Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.


Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Araz Abdullayev, 13-pen
Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00" Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0
Qırmızı vərəqə: Jeremi Matyö,  87 ("Sportinq")


 
1. Arsenal 4 3 1 0 8:2 10
2. Sporting 4 2 1 1 4:2 7
3. Vorskla Poltava 4 1 0 3 4:7 3
4. Qarabağ 4 1 0 3 1:6 3

DİGƏR XƏBƏRLƏR

Top