Neftin qiyməti kəskin ucuzlaşır

 
“Brent” markalı neftin qiyməti 2% azalıb.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə Londondakı ICE birjasının məlumatında deyilir.
“Brent” neftin 1 barelinin qiyməti 70,72 dollar təşkil edir. Bunadək bu sort neftin qiyməti sonuncu dəfə 2018-ci il avqustun 16-da 71 dollardan aşağı səviyyəyə enmişdi.
Ekspertlər qeyd edirlər ki, ABŞ və Səudiyyə Ərəbistanında hasilatın həcmi artdığına və Vaşinqton İran neftinin böyük istehlakçıları üçün yumşaltma etdiyi üçün neftin qiyməti ucuzlaşmağa davam edir.

DİGƏR XƏBƏRLƏR

Top