suruculere-xeberdarliq-icaze-muddeti-3-gunden-sonra-bitir-video

Sürücülərə xəbərdarlıq: İcazə müddəti 3 gündən sonra bitir - VİDEO

qulaq-perdesinin-yirtilmasi-riski-elametleri-mualicesi

Qulaq pərdəsinin yırtılması... - Riski, əlamətləri, müalicəsi

prezident-azerbaycanin-isvec-norvec-ve-finlandiyadaki-sefirini-geri-cagirdi

Prezident Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirini geri çağırdı

çərşənbə axşamı, 13 noyabr 2018
RU EN TR
EN TR RU

CƏMİYYƏT

Sofiyadan sonra növbəti robot Bakıya gəlir

08.11.2018 19:20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan "Robokiper" ölkəmizə gətiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, "Robokiper" cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq "Bakutel -2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq. Alman alimlərinin ixtirası olan "Robokiper" dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.

Dünyada cəmi 10 nüsxədə mövcud olan "Robokiper" dünyanın hər yerində böyük maraqla qarşılanır.

"Bakutel 2018" iştirakçıları "Robokiper"-ə qol zərbəsi vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə "Azercell" şirkəti tərəfindən 10 AZN dəyərində danışıq kartı və digər hədiyyələr, "Aloff" firması tərəfindən isə futbol topu təqdim ediləcək.

"Robokiper"lə yarışmaq üçün əsl futbol oyununda olduğu kimi, topa yaxınlaşıb penalti vurmaq lazımdır. Top vuran şəxsin peşəkar idmançı, yaxud həvəskar olmasının isə heç bir fərqi yoxdur. Qeyd edək ki, "Bakutel 2018" sərgi-konfransının açılışına dəvət olunan Azərbaycan klublarının bir sıra tanınmış futbolçuları, o cümlədən futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Robokiper"-in qapısına qol vurmağa çalışacaq.

Oxundu 227