Millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda əlillərin sayının çox omasından şikayət edib. Deputat bildirib ki, bu millətin nə qədər əlili, ələbaxımlısı var? Millət vəkili daha sonra qeyd edib ki, millət işləməyə vərdiş etməlidir: "İndi də bir tendensiya yaranıb, hamı haradansa nəsə qoparmaq istəyir". Bəs, görəsən, Azərbaycanda əlillik alanların sayı millət vəkilinin qeyd etdiyi kimi yüksəkdirmi?
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında əlillik dərəcəsi təyin olunan şəxslərin sayına görə son sıralarda yer alır. Yəni Azərbaycanda əlillik dərəcəsi alanların sayı digər MBD ölkələrilə müqayisədə az olub. Rəsmi statistikaya görə, ötən il 23,5 min nəfər ilk dəfə əlil hesab olunub. Bu göstərici əvvəlki ildə 31,8 min nəfər olub. İlk dəfə əlil hesab olunan şəxslərin sayı ümumi əhalinin 2,3%-nə bərabər olub. Bu sahədə yalnız Qırğızıstanın göstəricisi Azərbaycanla müqayisədə aşağdır.
Məlumat üçün onu da qeyd edək ki, millət vəkili Yaqub Mahmudovun da üzv olduğu Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu ilin əvvəlində "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, ölkə əhalisinin 6 faizi əlil hesab olunur və dünyada bu rəqəm 10-12 faizdir.
İlk dəfə əlil hesab olunan şəxslərin sayının əhalinin ümumi sayına nisbəti MDB ölkələrində aşağıdakı kimi olub: