Bir gündə lotereyada 605 milyon dollar uddu


ABŞ-ın Nyu-Cersi ştatının sakini Robert Stüart bir gün ərzində 5 milyon dollar məbləğində cekpot udub, bundan sonra daha 500 milyon və 100 milyon dollarlıq lotereya uduşu əldə edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, amerikalının sözlərinə görə, bir neçə ani lotereya alıb.
R.Stüart bildirib ki, lotereya aldığı mağazada artıq aşkarlayıb ki, 5 milyon dollar udub. Bileti təkrar yoxlamaq üçün lotereya əməkdaşına yaxınlaşıb. Əməkdaş isə müdirini çağırıb. Kabinetindən çıxan müdir qalibi təbrik edib. Bundan sonra R. Stüart bir daha bəxtini sınamaq qərarına gəlib və daha iki bilet alıb. Hər iki bilet də uduşlu olub. Biletlər ona 500 milyon və 100 milyon dollar qazandırıb.
R. Stüart bildirib ki, bu, ilk uduşu deyil və boş vaxtında əyləncə məqsədilə lotereya biletləri alır. Bunadək isə 2,5 min dollar məbləğində cekpot udub. R. Stüart həmişə yalnız uduşlu nömrələri silir, sonra isə özünkünü silir ki, onlar üst-üstə düşürmü. Qeyd edək ki, ABŞ tarixində rekord cekpot 2016-cı ilin yanvarında udulub – təqribən 1,59 milyard dollar.
 

DİGƏR XƏBƏRLƏR

Top