Azərbaycanda kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb


Tovuz rayonunda kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.
Yeniavaz.com xəbər verir ki, hadisə dəmiryol xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Vüqar Nəbiyev, Tovuz

DİGƏR XƏBƏRLƏR

Top