Prezident iki rayona 8 milyon manat ayırdı


Prezident İlham Əliyev Qax və Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Dövlət başçısı hər iki şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binalarının tikintisi üçün Qax rayon İcra Hakimiyyətinə və Şəki Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırıb. Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, Prezident Qax rayonunun Əlibəyli kəndində 216 şagird yerlik, Şəki şəhərində isə 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı da sərəncamlar imzalayıb. İlham Əliyev hər məktəb üçün Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayırıb.

DİGƏR XƏBƏRLƏR

Top