Putin və Tramp neytral ərazidə görüşəcəklər

 
Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də Parisə səfəri zamanı amerikalı həmkarı Donald Trampla görüşəcək. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
 
V. Putin Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşdə danışıqların tarixi və yerini təsdiq edib. Görüş I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək.
 
Danışıqların davamlılığı prezidentlərin özündən asılı olacaq. Y. Uşakov qeyd edib ki, bu, normal ikitərəfli görüş olacaq: “Danışıqlarda iki ölkənin nümayəndə heyətlərinin üzvləri iştirak edəcəklər. Təbii ki, orada hər iki tərəfdən böyük heyət olmayacaq, lakin o tərəfdən və bizdən əsas təmsilçilər olacaqlar”.
 
Y. Uşakov əlavə edib ki, C. Boltonla görüşdə, həmçinin yüksək səviyyədə gələcək təmaslarla bağlı məsələlər müzakirə olunub: “Putinlə Trampın görüşmək üçün başqa imkanları da olacaq, lakin indiyədək yalnız bir konkret razılaşma var”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top