Azərbaycanlı hakim Avropa Liqası matçına təyinat alıb

UEFA Avropa Liqasının A qrupunda keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) oyununu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Yeniavaz.com xəbər verir ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. 

Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, bu oyun oktyabrın 25-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top