Qaşıqçının öldürülmə səbəbi: “Twitter” İDDİASI

 
Səudiyyə Ərəbistanı hakimiyyəti “Twitter”də başqa cür düşənən müxaliflərə qarşı informasiya kampaniyası aparır, bu məqsədlə sosial şəbəkənin keçmiş əməkdaşının xidmətindən istifadə edir. Jurnalist Camal Qaşıqçı buna qarşı çıxmağa cəhd edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
 
Qəzetin mənbələri, o cümlədən səudiyyəli və amerikalı rəsmi şəxslər bildirib ki, C. Qaşıqçı kimi dissidentlərin səsini boğmaq üçün yüzlərlə insan Ər-Riyadda trollar ferması adlanan yerdə işləyir. Məqalədə iddia edilir ki, informasiya kampaniyasında yüzlərlə əməkdaş iştirak edir, onların əksəriyyəti ayda təqribən 3 min dollar alan gənc insanlardır.
 
Trolların baş strateqi Səudiyyə Ərəbistanı dəftərxanasının nazir dərəcəsində olan keçmiş müşaviri Səud əl-Kahtani olub. O, C. Qaşıqçının İstanbul konsulluğunda öldürülməsi ilə əlaqədar bu vəzifədən uzaqlaşdırılıb.
 
Sözügedən əməkdaşlar “Twitter”də Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı kritik münasibət olan məlumatları və ya diskussiyaları ortaya çıxarırlar və auditoriyanın diqqətini onlardan yayındırmağa çalışırlar. Məsələn, onlar diskussiya bölümündə pornoqrafik materiallar dərc edirlər, “Twitter” administrasiyasına saxtalaşdırılmış şikayətlər edirlər və ya təhqir və təhdidlə çıxış edirlər. Guya C. Qaşıqçı mütəmadi bu cür hücumlara məruz qalıb.
 
Nəşr vurğulayır ki, ABŞ-ın xüsusi xidmət orqanlarının şübhələndiyi kimi Səudiyyə Ərəbistanı hakimiyyəti “Twitter”in əməkdaşı Əli Əlzabarın xidmətlərindən istifadə edib. O, 2013-2015-ci illərdə sosial şəbəkədə işləyib və istifadəçilərin şəxsi məlumatlarına girişi olub.
 
Amerika xüsusi xidmət orqanlarının iddiasına əsasən, Ə.Əlzabar Səudiyyə kəşfiyyatına bir sıra akkauntlar barədə məlumat ötürüb. “Twitter”də bunun təsdiqini tapmayıblar, lakin onu 2015-ci ilin dekabrında qovublar. Bundan sonra Ə.Əlzabar Səudiyyə Ərəbistanına qayıdıb və mənbənin məlumatına görə, Krallığın hakimiyyətinə işləyib.
 
Məqalədə deyilir ki, C. Qaşıqçı yoxa çıxmasındən bir müddət əvvəl Ər-Riyadın “Twitter”dəki həmin kampaniyasına qarşı gəlmək üçün könüllülərin təşkil olunmasına kömək etməyə çalışıb. O bu məqsədlə Kanadada yaşayan səudiyyəli dissidentə 5 min dollar göndərib.

DİGƏR XƏBƏRLƏR

Top