Ronaldu yenə birinci oldu

 
“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Avropanın ən güclü 5 çempionatında 400 qol vurmuş ilk futbolçu oldu. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, K. Ronaldu özünün 400-cü qolunu İtaliya çempionatında” Cenoa” klubuna qarşı oyunda vurub.
 
İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatları dünyanın ən güclü 5 liqası hesab olunur. 33 yaşlı K. Ronaldu karyerası ərzində 196 oyunda 84 qol vurduğu “Mançester Yunayted”də, 292 oyunda 311 qol vurduğu “Real” Madriddə çıxış edib.
 
Avropanın ən güclü 5 liqasında vurulmuş topların sayına görə ikinci yeri “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi tutur. Bütün karyerası ərzində yalnız “Barselona”da çıxış edən 31 yaşlı L. Messi İspaniya çempionatının 426 matçında 389 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR

Top