Almaniya Qaşıqçıya görə Səudiyyə Ərəbistanını hədələdi

 
Almaniya hakimiyyəti Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı təqdim etdiyi məlumatları kifayət hesab etmir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel və bu ölkənin xarici işlər naziri Hayko Maasın birgə bəyanatında deyilir.
 
Bəyanatda qeyd edilir ki, rəsmi Berlin cinayəti qətiyyətlə qınayır: “Biz Səudiyyə Ərəbistanından qətlin baş vermə şəraiti və motivləri ilə bağlı şəffaflıq gözləyirik. Cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdırlar. İstanbul konsulluğunda baş verənlərlə bağlı təqdim olunan məlumatlar kifayət etmir. Jurnalistin zorakılıqla öldürülməsinin təsdiq olunmasını böyük sarsıntı ilə qəbul etdik”.
 
Bu arada Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Norbert Rettgen (Xristian-Demokratik İttifaq) hesab edir ki, Ər-Riyad yaxın vaxtlarda jurnalistin öldürülmə şəraitinin araşdırılması ilə bağlı əhəmiyyətli addım atmasa, Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah tədarükünü dərhal dayandırmalı və Avropa İttifaqı ilə həmin ölkə diplomatlarının qovulmasını müzakirə etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top