Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü​


Göygöl rayonunda gənc xanım naməlum şəraitdə itkin düşüb. Hadisə rayonun Topalhəsənli kəndində baş verib.
Kənd sakini, 1994-cü il təvəllüdlü Nərimanova Nüşabə Faiq qızı oktyabrın 18-də gecə saat 22:18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top