Həkimlər körpənin gözündən 11 parazit çıxardılar - FOTO


Çinli həkimlər 5 aylıq körpənin gözündən 11 canlı parazit çıxarıblar.
Hadisə Çinin Sian şəhərində baş verib. Uşağın narahat olduğunu görən anası onu həkimə gətirib. Həkimlər körpəni müayinə edən zaman onun gözündə hərkət edən parazitləri aşkar ediblər və çıxarıblar.

Həkimlər bildirib ki, uşaq Thelaziya kallipeya adlı göz infeksiyasına yoluxub. Bu xəstəlik itlərdə, pişiklərdə və insanlarda müşahidə olunur. Bu xəstəlik Çində 100 il əvvəl müşahidə olunub. (Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top