Azərbaycanda məmurlar sahibkarlardan daha çox qazanırlar - RƏSMİ


Azərbaycanda adambaşına düşən gəlirlərdə muzdla işləyən şəxslərin aldığı əmək haqqı ən böyük paya sahibdir.
Yeniavaz.com-un rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, adambaşına düşən ümumi gəlirlərin 33,3%-i əmək haqqının payına düşüb. Şəhər yerlərində bu göstərici daha yüksək olub - 42,6%.
Sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan əldə olunan gəlirlər isə ümumi gəlirlərin 25,5%-ni təşkil edib.
Bu ilin əvvəlində adambaşına düşən aylıq gəlirin 268,4 manat olduğu bildirilir. Bu məbləğin 89,5 manatı əmək haqqından, 68,6 manatı isə sahibkarlıq fəaliyyəti və özüməşğulluqdan əldə olunan gəlirlər olub.
Maraqlıdır ki, ölkə üzrə məşğul əhalinin (işləyən) yalnız 1/3-i muzdla işlədiyi halda, əldə olunan gəlirlərdə əmək haqqının payı ilk sırada yer alıb.
 

DİGƏR XƏBƏRLƏR

Top