Əmək haqqı və gəlir vergisi: Hansı ölkədə nə qədərdi? - CƏDVƏL


Dünyanın bir çox ölkəsində insanların dövlət büdcəsinə ödədikləri və müxtəlif təyinatlı ödənişlər əksər hallarda onların gəlirlərinə görə təyin olunur. Yeniavaz.com bildirir ki, gəliri az olanlarda az, gəliri çox olanlardan isə daha çox vergi olunur. Bəzi ölkələrdə vergi dərəcələri arasında kəskin fərqlər də olur. Bu da bəzi hallarda etirazlara səbəb olur.
Gəliri çox olanlardan daha çox vergi tutulması 4-5 ilə əvvəl Fransada tətbiq olunan zaman bəzi varlı fransızlar hətta ölkə vətəndaşlığından belə imtina etdilər. Xatırlayırsınızsa məşhur fransız aktyoru Jerar Depardye yüksək vergi dərəcəsindən qaçaraq əvvəlcə Belçikaya, sonra isə Rusiyaya sığındı.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda da fərqli gəlir vergisi tətbiq olunur. Azərbaycanda muzdlu işdən əldə olunan aylıq 2500 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən 20% vergi tutulur. Eyni zamanda  qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan illik 30000 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur.
Yeniavaz.com tradingeconomics.com saytında yer alan statistik göstəricilərə istinadən bildirir ki, orta aylıq əmək haqqının yüksək olduğu ilk 5 ölkədə, o cümlədən də region ölkələrində orta aylıq əmək haqqı (vergilər çıxıldıqdan sonra) və gəlir vergisinin orta dərəcəsi belə olub:

Ölkələr

Orta aylıq
əmək haqqı

Gəlir
vergisi

İsveçrə

4 960 $

40 %

Qətər

3 450 $

0 %

Norveç

3 435 $

38 %

İslandiya

3 100 $

46 %

ABŞ

3 050 $

37 %

Rusiya

510 $

13 %

İran

425 $

10 %

Türkiyə

415 $

35 %

Qazaxıstan

390 $

10 %

Gürcüstan

315 $

20 %

Azərbaycan

270 $

25 %

DİGƏR XƏBƏRLƏR

Top