SOCAR-ın STAR Neft Emalı Zavodunun yerləşdiyi ərazi Xüsusi Sənaye Zonası elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Resmi qazete”də çıxan 190 saylı qərarında deyilir.
Qərarda deyilir:
“İzmir vilayəti, Aliağa rayonunda bilinən və əlavə olaraq xəritədə sərhədləri göstərilən ərazinin SOCAR Turkey Enerji Anonim Şirkəti Xüsusi Sənaye Zonası olaraq elan edilməsinə,9/1/2002-ci il tarixli və 4737 saylı qanuna 4/Ç maddəsinə uyğun olaraq qərar verilir”. (Report)