Gəncənin icra başçısı sahibkarlarla görüşüb


Sahibkarlığın inkişafına mane olan bütün faktorlar, xüsusi ilə də qanunsuz müdaxilələr aradan qaldırılmalıdır-Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüşüb.
O bildirib ki, görüş Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilir. Məqsəd sahibkarların problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. 50-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, sahibkarlığın inkişafına mane olan bütün faktorlar, xüsusiilə qanunsuz müdaxilələr aradan qaldırılmalıdır.
İcra başçısı qeyd edib ki, Gəncəyə xarici investorların cəlb edilməsi və yeni iş yerlərinin açılması prioritet istiqamətlərdən biridir.
Sahibkarlar ümumi məsələlərlə yanaşı, fərdi  problemlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər.
Görüşdə Gəncə sahibkarları cəmiyyətinin yaradılması barədə razılığa gəlinib.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top