Putindən Özbəkistan Prezidentinə: Sözləri şişirtmisiniz



Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, özbəkistanlı həmkarı Şavkat Mirziyoyev öz çıxışında Rusiya dövlət başçısının tarixə verdiyi töhfəni şişirdib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu V. Putin Özbəkistan lideri ilə görüşdə deyib. Ş.Mirziyoyev daha əvvəl Rusiya-Özbəkistan danışıqlarının yekunları üzrə çıxış edərkən vurğulayıb ki, Rusiyanın böyük uğurları Özbəkistanı sevindirir, bu isə hər şeydən əvvəl dünya miqyaslı görkəmli dövlət xadimi V. Putinin müdrik, uzaqgörən və qətiyyətli siyasəti sayəsində mümkün olub.

V. Putin bildirib: “Mənim tarixə verdiyim töhfəni şişirtmisiniz, lakin sizi əmin edirəm ki, biz razılaşdığımız hər şeyi icra edəcəyik. Əminəm ki, bu, dövlətlərarası əlaqələrimizin inkişafına fayda verəcək, xalqlarımız arasında dostluğu möhkəmləndirəcək və şübhəsiz ki, ölkələrimizin vətəndaşlarının rifahına təsir edəcək”.

Qeyd edək ki, Rusiya Prezidenti Özbəkistanda rəsmi səfərdədir.

DİGƏR XƏBƏRLƏR

Top