“The New York Times”​: Səudiyyəli jurnalistin öldürülməsində günahı bu şəxsin üzərinə atacaqlar - VİDEO


Səudiyyə Ərəbistanı hakimiyyəti müxalif jurnalist Camal Qaşıqçının öldürülməsinə görə məsuliyyəti general Əhməd Asirinin üzərinə qoya bilər.
Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ə. Asiri kəşfiyyatda işləyir və vəliəhd Məhəmməd Salman əl-Səudun müşaviri vəzifəsini tutur. Mənbələrin sözlərinə görə, işi elə göstərəcəklər ki, guya vəliəhd şahzadə müşavirinə  jurnalisti tutmaq və dindirilməsi üçün Səuduyyə Ərəbistanına gətirmək barədə şifahi tapşırıq verib.
Rəsmi Ər-Riyad bəyan edəcək ki, lakin nəticədə general ya tapşırığı düzgün başa düşməyib, ya da jurnalisti öldürərək öz səlahiyyətlərini aşıb. Bu versiya Səudiyyə Ərəbistanına baş vermiş hadisəyə görə vəliəhd şahzadəyə qarşı ittihamları aradan qaldırmağa kömək edəcək. ABŞ-ın xüsusi xidmət orqanları şahzadə Məhəmmədi jurnalistin itməsində əlinin olduğunu hesab edirlər. Guya qətldə iştirak edən səudiyyəli zabitlər inanıblar ki, general şahzadənin razılığı ilə onlara əmr verib.
Qeyd edək ki, KİV generalı hələ 2015-ci ildə tanımağa başlayıb. Həmin vaxt onu Yəməndə koalisiya əməliyyatlarının komandiri təyin ediblər.  O, sərbəst şəkildə fransız, ingilis və ərəb dillərində müsahibə verib, ancaq çox vaxt xoşu gəlməyən materiallara görə gizlincə jurnalistləri qorxudub. General 2017-ci ildən kəşfiyyat xidmətində işləməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top