Azərbaycanlı eks-müşavirin kürəkəni belə güllələndi - VİDEO


Azərbaycanın baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, iş adamı Mustafa Erkin Karamanın güllələnmə anının görüntüsü yayılıb.

Beykozda baş vermiş hadisə zamanı Karaman lüks avtomobilində hərəkətdə olarkən naməlum şəxs 5 dəfə atəş açıb. Güllələrdən 2-si iş adamına dəyib. Karaman yaralı halda hadisə yerindən uzaqlaşıb. Daha sonra isə o, təcili yardımla özəl xəstəxanalardan birinə yerləşdirilib. Atəş açan şəxs isə qaçmağı bacarıb. 

İnsidentin baş verdiyi yerə çox sayda polis heyəti cəlb olunub. Axtarışlardan sonra cinayəti törədən 2 nəfər tutulub və onlardan 1 tapança, 2 ov tüfəngi götürülüb. İstintaq davam edir. 

Qeyd edək ki, Mustafa Erkin Karaman 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında ailə qurub. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top