ABŞ jurnalistin qətlində şahzadə Məhəmməddən şübhələnir


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudun ölkənin İstanbuldakı konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçının öldürülməsində əlaqəsi ola bilər.
Yeniavaz.com “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, ABŞ kəşfiyyatı şahzadənin qətllə bağlantısına dair birbaşa dəlil hələ əldə etməyib, lakin getdikcə daha çox dolayı dəlillər toplayır.
Ələ keçirilmiş son məlumatlara əsasən, səudiyyəli rəsmi şəxslər C. Qaşıqçının saxlanması planını, eləcə də jurnalistin itməsində əlaqələri olmaqda şübhəli bilinən şahzadənin mühafizəsindən olan adamları müzakirə ediblər.
Hazırda Vaşinqton şahzadə Məhəmmədin Qaşıqçının öldürülməsinə birbaşa əmr verib-vermədiyi və ya onun jurnalisti tutaraq Səudiyyə Ərəbistanına geri qaytarmağa niyyətlənməsini araşdırır.
Nəzərə alınsa ki, şahzadə təhlükəsizlik xidmətləri üzərində tam nəzarətə malikdir, o zaman jurnalistin öldürülməsi əməliyyatının onun xəbəri olmadan həyata keçirilməsi ehtimalı azdır. Gözlənilir ki, yaxın vaxtlarda kəşfiyyatın çıxardığı nəticələr ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top