Bu il yanvar-sentyabr ayları ərzində müəssisə və təşkilatların sayı 7,3% artaraq, 2018-ci il oktyabrın 1-i vəziyyətinə 127 min 221 olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, mövcud müəssisə və təşkilatların 6,2%-i və ya 7 min 880-i xarici müəssisələr və 1,9%-i və ya 2 min 392-i birgə müəssisələr olub.
Tam xarici investisiyalı və birgə müəssisələrin 30,7%-i (3 min 153) Türkiyə, 8,5%-i ( 873) İran, 7,4%-i (760) Böyük Britaniya, 7%-i (719) Rusiya sahibkarları tərəfindən qurulub.
Son bir il ərzində İran sahibkarları tərəfindən Azərbaycanda 296, Türkiyə sahibkarları tərəfindən 159, Rusiya sahibkarları tərəfindən 70, Böyük Britaniya sahibkarları tərəfindən isə 41 yeni müəssisə qurulub.