Bu şəxs evlərə girib oğurluq edirmiş - FOTOLAR


Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yeniavaz.com xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib. Dindirilmə zamanı S. Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Mingəçevir Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top