Cəlilabadda hasar aşdı: 1 ölü, 1 yaralı


Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə ağır yaralanıb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə Şıxlar kəndində qeydə alınıb.
 
İlkin məlumata görə, kənddəki evlərdən birinin həyətinin hasarının söküntüsü zamanı divar uçaraq Komanlı kənd sakinləri - 20 yaşlı Əbilov Ruslan Xosrov oğlu və 30 yaşlı İsmayılov Emin Cəbrayıl oğlunun üzərinə aşıb. Nəticədə E.İsmayılov ölüb, R.Əbilov isə ağır xəsarətlər alıb. R.Əbilovun vəziyyəti kritik olduğu üçün o, paytaxtdakı xəstəxanalardan birinə aparılıb.
 
Hadisənin dəqiq başvermə səbəbləri hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top