Tramp: Səudiyyə Ərəbistanı mənim böyük müttəfiqimdir

 
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını özünün böyük müttəfiq adlandırıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika Prezidenti “Fox Business” telekanalına müsahibəsində deyib.
 
D. Tramp müxalif jurnalist Camal Qaşıqçının öldürülməsi fonunda iki ölkə arasında münasibətlərə toxunarkən bildirib: “Səudiyyə Ərəbistanı bizim İrana qarşı tərəfdaşımız, müttəfiqimizdir. Onlar mənim üçün böyük müttəfiqə çevriliblər”. O, Ər-Riyada 110 milyard dollar həcmində silah satışı üzrə saziş barədə danışarkən qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ-a böyük məbləğdə pullar qoyurlar.
 
Amerikanın dövlət başçısı qeyd edib ki, ABŞ-ın jurnalistin yoxa çıxmasında Səudiyyə Ərəbistanının mümkün iştirakına reaksiyası Ər-Riyadın bu barədə bilib-bilməməsindən asılı olacaq. O, “ABŞ-ın Səudiyyə Ərəbistanından getməyə hazırlaşırmı” sualına cavab verərkən bildirib ki, bunu etmək istəmir.

DİGƏR XƏBƏRLƏR

Top