Kerç kollecinə hücumla bağlı yeni video yayılıb VIDEO

 
Krımın Kerç şəhərində politexnik kollecə hücumun videosu yayılıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, kardlarda partlayışdan sonra tüstü görünür, fonda isə atəş səsləri eşidilir.
 
Baş vermiş hadisə nəticəsində 19 nəfər ölüb, təqribən 40 nəfər xəsarət alıb. Onların əksəri yeniyetmədir. Sonradan məlum olub ki, ölənlərin çoxu güllə yarasından keçiniblər.
 
Şahidlərin sözlərinə görə, binada partlayış baş verib, sonra küçəyə çıxan insanları güllələməyə başlayıblar. Hücum edən 18 yaşlı tələbə Vladislav Roslyakovdur. Dördüncü kurs tələbəsi hücumdan sonra intihar edib.
 

DİGƏR XƏBƏRLƏR

Top