"Paşinyanın istefası ilə ölkə Rusiyanın əlindən çıxır, onların yeni hədəfi var" - Politoloq


"Paşinyanın istefası heç də, vəzifədən getmə, qaçması mənasını vermir. Əksinə, bu addım onun bu posta yenidən yiyələnməklə, yeni, öz istədiyi parlamentə sahib olması üçün hüquqi prosedurdur. Beləliklə də icra və qanunvercilik hakimiyyətini bir ələ cəm edir, liderliyini daha möhkəmlədir. Necə? Paşinyan bəyan edirdi ki, onun başçılığında xalqın etdiyi inqilab yarımçıqdır və o zaman başa çatacaq ki, köhnə parlament yeni seçkilər keçirilərək yenisi ilə əvəz olunsun. Növbəti parlament seçkisi vaxtına xeyli var. Vaxt isə gözləmir. Bu zaman yeganə yol, erkən, növbədənkənar seçki keçirilməsidir". Yeniavaz.com xəbər verir ki, bu fikirləri politoloq İlqar Altay bildirib.
"Bunun da bir Konstitusional prosedur yolu var. Baş nazir istefa verir, parlament yeni namizəd irəli sürmür (çünki xalq təzyiq edir, qoymur), həmin baş nazirin (Paşinyanın) üzərində dayanır, o imtina edir, yenə və süni pat vəziyyəti yaranır. Qanuna görə, belə bir hakimiyyət "iflicin"də parlament avtomatik buraxılır.
Və yeni seçkilər keçirilərək, yeni deputatların yeni parlamenti hələ də qanunla müvəqqəti baş nazir vəzifəsini icra edən Paşinyanı irəli sürür. Və bu dəfə, Paşinyan razılaşır. Faktiki oyundur, Konstitusiyadan istifadə edilərək.
İş ondadır ki, bu prosedur bir müddət uzandı, çünki indiki parlament çoxluğu bu oyuna getmirdi və rəsmi olaraq söz vermirdi ki, Paşinyan istefa versə, öz başqa namizədlərini irəli sürməyəcəklər. Buna görə də, Paşinyan istefasını ləngidərək xalqı ayağa qaldırdı ki, parlamentdən tələb etsin, bu ssenariyə əməl etməyi. Görünür ki, xalq parlamenti nəhayət məcbur etdi.
Niyə indiki parlament buna getmək istəmirdi?
1. Bilirlər ki, xalq onları seçməyəcək, deputat yerlərini itirmək istəmirlər.
2. Ən əsası isə, parlamentdən kənarda qalanda özləri və yaxın ətrafa qarşı korrupsiya işi, həbs başlamasından qorxurdular. Görünür ki, bu aradakı qısa dövrdə parlamentarilərlə Paşinyan arasında xüsusi bir toxunulmazlıq razılaşması əldə olunub.
Demək ki, Paşinyanın bu istefa gedişi ilə, artıq Ermənistanda tam dolğun inqilabın, yəni bütün hakimiyyət qollarının, xalqın əlində olması kimi yekunun son mərhələsi başladı.
Nəticə nədir? Moskvanın Ermənistandakı son dayağı olan parlament də əldən çıxır, bütün hakimiyyət xalqın və oradan, qərbyönlü demokratiyanın əlinə keçir. O deməkdir ki, faktiki olaraq, ölkə Rusiyanın əlindən çıxır və yalnız sözdə-söhbətdə qalır. Bundan sonra isə, Ermənistan sürətlə Qərbə yaxınlaşır. Qərbin, Avropanın da yüksək təminatı ilə. Bir məsələ var ki, Ermənistanda xalq Rusiya bazasına, hərbçilərinə hücum edir, çıxmasını təkidlə tələb edir, Rusiya bayrağını açıqca meydanda yandırır, düşünmədən ki, Rusiya Qarabağı onlardan alar. Bu da o deməkdir ki, Ermənistan xalqı artıq Qarabağdan bezib. Bütün bu gedişatlar və kəskin dönüşlər isə, Rusiyanın arıq Qarabağ kartı ilə Ermənistana təsr etməsinin mənasız olduğuna və Dağlıq Qarabağ ətrafı işğal rayonların qaytarılmasına doğrudur. Gözəyək...",-deyə politoloq vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top