Ramil Quliyev "İlin atleti" mükafatının finalçısı oldu


Türkiyəni təmsil edən Azərbaycan əsilli idmançı Ramil Quliyev "İlin atleti" mükafatının ardıcıl ikinci dəfə finalçısı olub. Bununla bağlı Türkiyə Atletika Federasiyası məlumat yayıb.  Bildirilib ki, 10 nəfər arasından seçilən dördlüyə 28 yaşlı Ramildən başqa, fransalı Kevin Mayer, isveçli Armand Duplantis və norveçli Yakob İngebriqtsen daxil olub. Qeyd edək ki, "İlin atleti" mükafatı oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində baş tutacaq Avropa Atletika Birliyi Qalasında təqdim olunacaq.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top