Avropanın ən ucuz dağ-xizək kurortu: 6 günə 460 avro

 
Avropanın ən ucuz dağ-xizək kurortlarının siyahısı tərtib edilib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Bolqarıstanın əsas dağ-xizək kurortlarından biri olan Bansko şəhəri reytinqdə birinci yeri tutub.
 
Banskoda altı günlük istirahətin qiyməti bir adam üçün təqribən 460 avro təşkil edir. İtaliyanın Pyemont bölgəsində yerləşən Bardonekkiya kurortu siyahının ikincisidir. İlk üçlüyü isə Sloveniyanın Kranska Qora kurortu tamamlayır.
 
Dördüncü və beşinci yerləri müvafiq olaraq İsveçdəki Vemdalen və Avstriyadakı Rauris kurortları tutublar. Sonrakı yerlərdə ardıcıllıqla Elmau (Avstriya), Sestriere və La Tuil (İtaliya), Soldeu (Andorra) və Çerviniya (İtaliya) kurortları qərarlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top