Ekspert: "Sovet dövründə aldığımız yağın, kolbasanın tərkibinin nə olduğunu bilmirdik"

Yediyimiz qidaların keyfiyyəti ilə bağlı ilə bağlı çoxumuzda şübhə var. Həkimlər isə xəstəliklərin artmasında, cavanlaşmasında keyfiyyətsiz qidaların da böyük rolu olduğunu bildirirlər. Son illər insanlarda aqressiya, stress, depressiya kimi hallar da artır. Bəs bunun yediyimiz keyfiyyətsiz qidalarla da bir bağlılığı ola bilərmi? Ümumiyyətlə, keyfiyyətsiz qidaların insanların psixologiyasına təsiri varmı? Mövzu ilə bağlı Yeniavaz.com saytının suallarını psixoloq Azad İsazadə cavablandırıb: "Qidanın birbaşa psixoloji təsiri müsbət kimi qiymətləndirilir. İnsan ac olanda daha hirsli, aqressiv, ya da depressiyada olur. Şirin, şokolad, konfet yeyəndə depressiv hallar azalır, keçir və antidepressant kimi qəbul olunur. Qida insanın əhvali-ruhiyyəsinə təsir edə bilər. Məsələ ondadır ki, biz yeyəndə qidanın keyfiyyətini ancaq dadı ilə ayırırıq - dadlıdır, ya dadsızdır. Keyfiyyətlidir, ya keyfiyyətsizdir, biz bunu bilmirik, kim nə xoşlayır, onu da yeyir. Məsələn, "Fast food"lar hesab olunur ki, zərərli qidalardır. Amma insanlar istirahət etmək üçün "Mcdonalds"a gedir, yeyib-içir, ləzzət alır. Deməli, yemək birbaşa mənfi psixoloji təsir etmir. İnsan orqanizmi üçün ziyanlı olan siqareti də çəkib sakitləşənlər var. Deməli, keyfiyyətsiz qidalar birbaşa o qədər də mənfi psixoloji təsir göstərmir".
Azad İsazadənin sözlərinə görə, insana mənfi təsir göstərən daha çox qidalarla bağlı mənfi məlumatlardır: "Oxuyanda filan qida ziyanlıdır, o məlumat bizə mənfi təsir göstərir. Amma bizim bundan xəbərimiz yoxdursa, psixoloji mənfi təsir göstərməyə də bilir. Əgər bir məhsulun istehsalına rəsmi qurumlar icazə veriblərsə, deməli, keyfiyyətsiz deyil. Amma o da məlumdur ki, icazəni qeyri-rəsmi yollarla da alırlar. Mən ömrümün əsas hissəsini elə sovet dövründə yaşamışam. Rayondan qohumlar ərzaq göndərəndə, hə, o keyfiyyətli idi. Ancaq dükanlardan aldığımız ətlər naməlum ət idi, bilmirdik nə əti alırıq. O cümlədən də yağ. O vaxt kolbasaların içində nə desən var idi, bircə ətdən başqa. Elə həmçinin də indi. İndi biz kənd toyuğunu, kənd çolpasını bazarda alanda bilmirik ki, həqiqətən kənd toyuğudur, yumurtasıdır, yoxsa deyil. Bütün dünyada çox keyfiyyətli, bioloji təmiz qidalar həddindən artıq bahadır. Amma qıdanın birbaşa psixoloji təsiri mən hesab edirəm ki, yoxdur. Fizioloji var, bioloji var, amma ərzağın psixoloji müsbət təsir etdiyini bilirəm".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top