Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start veriləcək. D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi də növbəti görüşünü keçirəcək. Yeniavaz.com xəbər verir ki, Milli komandamız səfərdə Farer adaları yığmasının qonağı olacaq. Qrupda keçirdiyi ilk 2 oyunda heç-heçə edən yığmamız iddiasını davam etdirmək üçün ilk qələbəsini qazanmağa çalışacaq.
Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Qrupun digər matçında isə lider Kosovo autsayder Maltanı qəbul edəcək. Hər iki oyun eyni saatda start götürəcək.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan
Hakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu
22:45. Kosovo - Malta
1. |
Kosovo |
2 |
1 |
1 |
0 |
2:0 |
4 |
2. |
Farer adaları |
2 |
1 |
0 |
1 |
3:3 |
3 |
3. |
Azərbaycan |
2 |
0 |
2 |
0 |
1:1 |
2 |
4. |
Malta |
2 |
0 |
1 |
1 |
2:4 |
1 |