124 milyon insan aclıqdan əziyyət çəkir


Bütün dünya üzrə 120 milyondan çox insan aclıq problemindən və yetərsiz qidalanmadan əziyyət çəkir, Afrika ölkələri bu reytinqin rekordçusudurlar. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə illik “Aclığın ümumi təsnifatı” məruzəsində deyilir. Bildirilir ki, 2018-ci ilin göstəricisi məruzənin dərc edildiyi müddət ərzində maksimum səviyyəyə çatıb. Məruzəyə əsasən, iki il əvvəl 80 milyonla müqayisədə hazırda təxminən 124 milyon adam aclıqdan əziyyət çəkir. Həmçinin, qeyd edilir ki, aclıq və ya yetərsiz qidalanma problemi ilə üzləşən məcburi köçkünlərin sayı bu il təqribən 70 milyon nəfərə çatıb.

Afrikanın aralarında Çad, Haiti, Madaqaskar, Syerra-Lyone, Yəmən və Zambiyanın olduğu altı ölkəsində bu problem daha çox ciddi təhlükə törədir. Aclıqdan əziyyət çəkən əhali ilə bağlı ən kritik vəziyyət Mərkəzi Afrika Respublikasında təsbit edilib.

DİGƏR XƏBƏRLƏR

Top