Fransadan Qarabağa səfər edənlərin sayı sürətlə artır


Qaradağdakı separatçı rejimin başçısı Bako Saakyan dünən - 10 oktyabr tarixində Fransanın Valens və Frezno şəhərlərindən gələn şəxsləri qəbul edib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirirn ki, Valens şəhərinin meri Nikolya Daraqonun rəhbərlik etdiyi nümayəndə heyətiə görüşdə Xankəndi şəhəri ilə Valens şəhəri arasında dostluq bəyannaməsi imzalanıb.
Frezno şəhərindən gələn nümayəndələr isə tibb işçiləri olub. Qondarma rejimin Frezno şəhərindəki nümayəndəsi olan Perç Abqaryan bildirib ki, Fransadan gələn həkimlər Qarabağda humanitar aksiyada iştirak edərək xəstələri pulsuz müayinə edəcəklər.
Qondarma rejimin "səhiyyə naziri" Araik Baqiryan isə bildirib ki, onlar mütəmadi olaraq xaricdən Qarabağda həkimlər dəvət edirlər. Onun sözlərinə görə, sonuncu dəfə bu ilin sentyabr ayının 29-da Qarabağa ABŞ-dan 70 nəfərlik həkim qrupu səfər edib.
Məlumat üçün bildirək ki, son zamanlar Fransanın ayrı-ayrı şəhərlərindən rəsmi və qeyri-rəsmi şəxslərin Qarabağa qanunsuz səfərlərinin sayı artıb. Ötən ay Fransanın Alforvilem şəhərinin meri Mişel Jerşinoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Dağlıq Qarabağa qanunsuz səfər etmişdi. Həmin səfər zamanı Alforvilem şəhəri ilə işğal altında olan Laçın (Berdzor) şəhəri arasında dostluq və əməkdaşlıqla bağlı bəyannamə imzalanmışdı.
Bundan başqa ötən ay Fransanın 11 şəhərində "Fransada Artsax günləri" adlı tədbirlər keçirilib və qondarma respublikanın  prezidenti Bako Saakyan da həmin tədbirdə iştirak edib.
Bu gün isə Ermənistanda keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə səfər edən Fransa prezidenti Emmanuel Makron qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

DİGƏR XƏBƏRLƏR

Top