"Uşaqlarım mənə deyir ki, "ay ana, ayıbdır, bu şəkli çəkmə" - FOTOLAR

"Hər səhər uşaqları dərsə aparanda yollarda gördüyüm "gözəl" mənzərələrdən biri. Uşaqlar pıçıltı ilə mənə:
- Ay ana, ayıbdır, bu şəkli çəkmə! Axı sən əvvəllər gül-çiçək, təbiət, gözəlliklər çəkərdin. Bəs nə oldu, sənə? Uşağa başa saldım ki, zibillikləri də gülüstana çevirmək arzusundayam". Yeniavaz.com xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri, aktiv sosial şəbəkə istifadəçisi Fəridə Aslanova bildirib.
"Amma bu işdə təkcə mənim təbliğat gücüm yetmir. Hərə öz tullantılarını "son mənzilə" qədər düzgün yola sala bilsə, bu boyda həngamələr qopmaz. "Bu hansı küçədir, kimin zibilləridir?" sualını cavabsız qoyacam, yəni ünvanı deməyəcəm. Onsuz da hər tində, hər yolda bizə neqativ enerji ötürən belə vəziyyətlər var. Ona görə də tədbir görmək və birlikdə mübarizə aparmaq lazımdır. Su butulkalarını, enerji içkilərinin boş qutularını maşının pəncərəsindən yerə atanlar, tum çırtlayıb parkları zibilliyə qərq edənlər, siqaret kötüklərini çırtma ilə səkiyə tullayanlar, saqqızı metronun oturacaqlarına və digər yerlərə yapışdıranlar cəzalandırılsalar, bəlkə də bir də belə şeylər etməzlər",-deyə Fəridə Aslanova bildirib.

DİGƏR XƏBƏRLƏR

Top