İndoneziya, Rusiya, Haitidən sonra daha bir ölkədə güclü zəlzələ olub


Son 10 gündə İndoneziyada 7,7 bal, Rusiyada 6,3 bal və Haitidə 5,9 ballıq zəlzələdən sonra daha bir güclü zəlzələ Papua Yeni Qvineyada qeydə alınıb.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi Yeni Britaniya adasında baş verən zəlzələnin 7 bal gücündə olduğunu açıqlayıb.

Yerin 40 km mərkəzində baş verən zəlzələnin dağıntılara səbəb olub-olmadığı hələlik bilinmir.

Güclü yeraltı təkandan sonra Papua Yeni Qvineya və Solomon adalarında Sunami xəbərdarlığı edilib.

Qeyd edək ki, İndoneziyanın Sulavesi adasındakı zəlzələdə 2202, Haitidəki zəlzələdə isə 15 nəfər ölüb.

(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top