Rusiyadan pul axını 48 dəfə artıb

 
2018-ci ilin III rübündə Rusiyadan xalis kapital axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 dəfə artıb. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının statistik məlumatına deyilir.
 
Belə ki, 2017-ci ilin iyul-avqust aylarında Rusiyadan 0,4 milyard dollar çıxarıldığı halda, cari ilin oxşar dövründə bu göstərici 19,2 milyard dollara yüksəlib. Yanvardan sentyabradək Rusiyadan ümumilikdə 31,0 milyard dollar çıxarılıb, 2017-ci ilin analoji dövründə bu rəqəm 13,7 milyard dollar təşkil edib. Mərkəzi Bankın bəyanatına əsasən, bu cür dinamika xarici öhdəliklərin azaldılması üzrə əməliyyatlarla və xaricdə aktivlərin yerləşdirilməsi ilə bağlıdır.

DİGƏR XƏBƏRLƏR

Top